“Ağır oyun alındı. Meydanda mübarizə getdi. Məğlub olsaq da, çox kədərlənmək fikrimiz yoxdur. Komanda olaraq bu oyunu unudub, qarşıdakı matça hazırlaşacağıq”.
İdmanxeber.az-ın məlumatına görə, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Qara Qarayevi fasilədə əvəzlədiz. İkinci hissəni ehtiyatda izlədi, yoxsa evə göndərdiz?
– Bizimlədir, evə niyə getməlidir? Sadəcə düşündük ki, emosiyalarını daha artıq birüzə verər, ona görə əvəzlədik. Hər iki komandanın oyunçuları mübarizədən çəkinmirdilər. Futbolda bu cür hallar olur.
– Barışıq oldu?
– Nə olursa, meydanda qalır.