“Turnir cədvəlindəki vəziyyəti nəzərə alsaq oyunun əhəmiyyəti boyük idi. Oyunun bitəcəyini gozlədiyimiz andan meydanın mərkəzindən qol buraxdıq. Çətin də olsa bu məğlubiyyəti unutmağa çalışacağıq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov MPL-in 13-cü turunda qarşılaşdıqları “Qəbələ” ilə səfər oyunundan sonra deyib.
Çalışdırıcı məğlubiyyəti şərh edərkən sözlərinə belə davam edib:
“Qismətimizdə məğlubiyyət var idi. 13 turu analiz etsək komandada qeyri-stabillik olub. Son 4 oyunun 3-də məğlub olmuşuq. Bu gün ən azından 1 xala layiq idik”.