Qarabağ” Premyer Liqanın XXIII turunda “Səbail”lə səfər matçının (1:1) 26-cı dəqiqəsində ciddi zədə alan qapıçısı Şahruddin Məhəmmədəliyevin durumu barədə açıqlama yayıb.
Klubun saytı vasitəsilə yaydığı məlumata görə, qolkiper dərhal xəstəxanaya aparılıb. Burun, üz və kəllə nahiyəsindən xəsarət alan qapıçıya 25 tikiş qoyulub.
İlkin müayinədən sonra Şahruddin Məhəmmədəliyevin ən azı 2-3 həftə yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib.