Kateqoriyasız

Məhkəmə Mənsimovun həbsi ilə bağlı qərar verdi

Türkiyədə saxlanılan “Xəzər Lənkəran” klubunun sahibi Mübariz Mənsimov dünən axşam saatlarında məhkəməyə aparılıb.

İdmanxeber.az-ın məlumatına görə, hakim qarşısına çıxan “Palmali Şirkətlər Qrupu”nun prezidenti  barəsində məhkəmə həbs qərarı verib.

Xatırladaq ki, M.Mənsimov martın 15-də İstanbul Prokurorluğu tərəfindən FETÖ ilə bağlı araşdırma çərçivəsində saxlanılıb.

Qeyd edək ki, daha öncə azərbaycanlı iş adamı FETÖ ilə əlaqələrini təkzib edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43