Kateqoriyasız

Məmmədov yenidən federasiya prezidenti seçilib

Azərbaycan Həndbol Federasiyasının (AHF) hesabat-seçki konfransı keçirilib.

İdmanxeber.az xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub. AHF-in hazırkı prezidenti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yenidən federasiya rəhbəri seçilib.

Qeyd edək ki, S.Məmmədov 2016-cı il dekabrın 1-dən AHF-ə rəhbərik edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43