22 Oktyabr 2024
Kateqoriyasız

Məmmədyarov “Meltwater Champions Chess Tour”-da iştirak edəcək

“Meltwater Champions Chess Tour” seriyasının doqquzuncu – sonuncu mərhələsi keçiriləcək.

İdmanxeber.az xəbər verir ki, yarışda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da iştirak edəcək.

8 şahmatçının mübarizə aparacağı turnir 14-20 noyabrda olacaq. Yarışın mükafat fondu 210 min dollardır.

Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ikinci yeri tutub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43