Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Zirə” səfərdə “Neftçi”nin qonağı olub – 1:1.
İdmanxeber.az-ın mumatına görə, matçdan sonra qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:
– Komandamı gözəl oyun, möhtəşəm xarakterə görə təbrik etmək istəyirəm. 60-cı dəqiqəyə kimi oyun bizim üstünlüyümüz şəraitində keçirdi. Ümumən götürsək oyun istədiyimiz kimi gedirdi. Gözəl qol da vurduq. Heyif ki, penaltidən buraxilan qolla qələbəni əldən verdik.
– Davit Volkov ilk yarıda topu əllə qarşısına atdı və təkbətək çıxdı. Qol olsaydı necə olacaqdı?
– Şübhəli gəldi epizod. Dinamik alındı. Açıq aşkar əllə qarşısına atmışdısa, bildirmək oladı bunu. İstəmərəm belə qollarla qələbə qazanaq. Epizod sürətli idi. Mübahisəli epizoddusa, onu demək çətin olar.
– Coşqun Diniyev və penalti qərarında tribunaya dönüb alqış etdiz…
– Mesajlarım kimədisə ad demək istəmirəm. Çıxışı yolumuz tribunaya etiraz etməkdi. O da aqressiyasız, təşəkkür edirik. Bu qədər maneələrlə, rəqibi fikirləşəsək, yoxsa nəyi fikirləşəsən. İnanırsız, 50-ci dəqiqədən Coşqunu çıxarmaq istəyirdim. Köməkçi ilə danışırdıq ki, Coşqunu çıxaraq. Daha çox qorxurdum ki, verilə bilər. “Qəbələ” ilə oyunda 65-ci dəqiqədə həmin epizod sarılıq idi, yoxsa bu epizod? Hər dəfə danışırıq. Həzz alıram komandamın oyunundan. Belə olduqda öz işindən həzz almağa başlayırsan. Futbolu tək pul üçün oynamamışam. Ondan önəmli işlər olub. Komandamın oyunundan zövq alıramsa, uduzsaydıq da zövqlə gedərdim. Yorulmuşam oyundan qabaq futbolçularla hakimlik haqda danışmaqdan. Yəni, hansı epizodda necə davranmaq lazımdı. Nə edək? Düşdüyümüz vəziyyət budur. Buna uyğun da davranmalıyıq. Mübarizəmizi aparacağıq.
– Son dövrə ilə bağlı gözləntiləriniz necədi?
– Bu gün qələbə qazansaydıq böyük üstünlük olacaqdı. Amma biz də itirdik, “Qəbələ” də itirib. “Sabah” yaxı komandadı, bilirdik sona qədər mübarizə aparacaqlar. Bu gün qələbə qazanıb təhlükəli zonadan uzaqlaşmaq istəyirdik. Amma alınmadı. Öz aramızda da oyunlarımız olacaq. Yarışın içindəyik, hər cür oyun var və buna hazır olmaq lazımdı.
– Penalti epizodunu necə şərh edərdiz?
– Mən qaydaları filan yox, daha çox belə sual vermək istəyirəm. Bu epizod rəqib qapısı tərəfdə olsaydı, penalti təyin olunacaqdı? Əminəm ki, əsk qapıda olsaydı, verilməyəcəkdilər. Orada olsaydı, əsaslandıracaqdılar ki, penalti yoxdu, bizim qapımızda varsa, əsaslandırlacaqlar ki, buna görə penaltidi. Amma, artıq təəccüblənmirəm, işimizi görürük. Allah böyükdü. İşlərimizi görürük.