Ölkə futbolu

“Məni “Neftçi”yə düşmən etməyin” – Ayxan Abbasov

“Yarımfinala vəsiqə qazanmaq sevindiricidir. “Neftçi” ilə İdmanxeber.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov deyib.

“Kimyaçılar” Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında “Neftçi”yə minimal hesabla məğlub olub. Hər iki oyunun nəticəsinə görə, “gənclik şəhəri” təmsilçisi növbəti mərhələyə vəsiqəni təmin edib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gənc çalışdırıcı fikirlərini bildirib: “Futbolçularımı təbrik edirəm, bu gün xarakter göstərdilər. Əsas üstünlüyümüz cavab oyunu nu evdə keçirməyimiz idi. Yarımfinal mərhələsinə vəsiqə qazanmağımız Sumqayıt futbolu üçün təkandır. Qorxurdum ki, futbolçularım fiziki cəhətdən çatdırmayacaqlar. Anacaq bunu bacardılar. Böyük uğur qazanmışıq. Qışdan sonra daha yaxşı oynamağa çalışacağıq”.

– Yarımfinaldakı rəqibiniz sizə tanış olan “Zirə”dir. Yəqin ki, “Zirə” qış fasiləsində heyətini gücləndirəcək. Bəs, “Sumqayıt” qışda hansı işlər görəcək?

– “Zirə” sonuncu pillədə qərarlaşsa da, potensialları var. Rəqibimiz bütün gücünü kuboka sərf edəcək. “Zirə”ni deyə bilmərəm, ancaq biz güclənəcəyik. Rəhbərlik söz verib. Bacardığımız qədər güclənməyə çalışacağıq.

– Atilla Yıldırımla çox uzağa getmək olmaz. Hücumçu axtarışlarınız necə gedir?

– Atilla qo vurmasa da, faydalı iş görür. Bu gün ilk hissədə yaxşı oynamadı. Hücumçudan qol istəyirik, qol vurmadıqca, təzyiq altına düşür.  Ən vacib mövqelərdən biri hücumdur. Ancaq işlər davam edir. Alınsa, hər şey yaxşı olacaq.

– Bir futbolçunuz qırmızı vərəqə aldı və oyuna bir neçə dəqiqə artırıldı. Hakim idarəçiliyindən narazı qalmadınız?

– Qırmızı vərəqə epizodu ilə bağlı əvvələ baxmaq lazımdır. Rəqibin futbolçuları düzgün oynamadılar. Məncə, həmin epizodda qırmızı vərəqə Xəyal Nəcəfova verilmədi idi. Oyun gərgin keçdi. Futbolçulardan danışırıq, ancaq hakimlər barədə söz açmırıq. Hakimlər diqqətli olmalıdırlar. Yəqin ki, Xəyalla Arif Daşdəmirovu səhv saldılar. Ötən oyunumuzu Əliyar Ağayev idarə edirdi, təcrübəli olduğu hiss olundu. Son zamanlar artırılış dəqiqələrin sayı azalıb. Bu qərarı başa düşmək çətindir. Futzal oynamırıq ki?

– Avrokuboklara ən qısa yol kubokdan gedir. Kubok, yoxsa ölkə çempionatı?

– “Zirə”ni keçdikdən sonra final gəlir, orda da qələbə qazanmaq lazımdır. Hər iki cəbhədə vuruşmağa çalışacağıq.

– Ayxan Abbasovu “Neftçi” üzərində mütəxəssis hesab etmək olar? Çünki “Zirə”də də “Neftçi”nin qəniminə çevrilmişdiniz.

– Yox, bu qədər şişirtməyək. Məni “Neftçi”yə düşmən etməyin (gülür).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43