Dünya futbolu

“Mənim üçün gözlənilməz oldu” – Argentinanın qapıçısı

Argentina millisinin qapıçısı Emiliano Martines ötən ilin ən yaxşısı seçilməsinə münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, “Aston Villa”nın qolkiperi bunun özü üçün sürpriz olduğunu bildirib. O, duyğularını belə dilə gətirib:

“Açığı, bunu gözləmirdim. Mükafatlandırma mərasimindən əvvəl Messiyə dedim ki, Skaloni ilə sənin seçilməyin bəs edir. Mən sizə görə də xoşbəxt ola bilərəm. Messi isə cavabında hamımızın şansının olduğunu bildirdi. Bir daha əmin oldum ki, çox əla komandamız var. Birimiz nəsə qazananda hamımız sevinməliyik. Buna əsl dostluq, ailə olmaq deyirlər”.

Mərasimdə Lionel Messi ilin oyunçusu, Lionel Skaloni isə ilin məşqçisi mükafatlarını aldı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43