“Nəticə oyuna görə oldu. Buraya qələbə üçün gəlmişdik. Futbolçuların daha yaxşı reaksiya verəcəklərini bilirdim”.
İdmanxeber.az-ın məlumatına görə, “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Sumqayıt” qələbəsi (4:0) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Buraya qələbə üçün gəlmişdik. Futbolçuların daha yaxşı reaksiya verəcəklərini bilirdim. “Zirə” ilə görüşə hazırlaşanda tam heyətlə deyildik. Bu dəfə bütün komanda sərəncamımda idi və yaxşı hazırlıq keçdik”.
O, oyundan-oyuna yaxşı nəticələr qazanmağa çalışacaqlarını söyləyib: Kubokda “Turan Tovuz”la ilk yarımfinal matçımız süni örtüklü meydançada olacaq. Sonra “Səbail”lə də bu cür örtükdə oynayacağıq. Çətin olacaq. Məqsədimiz kuboku qazanmaqdır”.