“Ağır oyun oldu, sıx qrafikdəyik. Zədəli oyunçuların çox olması çətinlik yaradır. İki cəbhədə oynamaq asan deyil. Rəqibin ustalığı öz sözünü dedi. Əllərinə düşən fürsətləri qola çevirə bildilər. Kubokda da yolumuza davam edirik. Onun üçün müəyyən rotasiyalar etməyə məcburuq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Sabah” məğlubiyyəti sonrası deyib. O, daha sonra belə davam edib:
“Biz turnir cədvəli ilə yaşayırıq. Hələ də təhlükəli yerdəyik. Lazım olan turlarda qələbə qazana bilmədik. Ancaq qarşıda oyunlar var, onlara köklənməliyik. Oyunçularıma güvənirəm. Altıncı yeri qoruyub saxlamaq yaxşı olar. Əsas məqsəd isə Premyer Liqada qalmaqdır”.