27 Oktyabr 2024
Ölkə futbolu

“Məqsədimiz qruplara vəsiqə qazanmaqdır” – Abdullah Zubir

“Çempionlar Liqasında mübarizəyə başladığımız ilk gündən bəri məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaq idi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Abdullah Zubir “Dinamo” oyunu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Dinamo” kimi kluba qarşı oynayacağımıza görə çox xoşbəxtəm. Bu gün pley-offda ilk görüşümüzü keçirəcəyik. Bu bizim üçün yaxşı fürsətdir. Şanslarımızdan yararlanmalıyıq. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, avqustun 20-də Zaqrebdə keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43