“Fiorentina”nın və Mərakeş millisinin yarımmüdafiəçisi Sofyan Amrabat karyerasını Türkiyə çempionatında davam etdirəcək.
İdmanxeber.az-ın məlumata görə, 28 yaşlı futbolçu Joze Mourinyonun çalışdırdığı “Fənərbağça”ya keçir. Transfer satınalma öhdəliyi ilə 2024/25 mövsümü üçün icarə olacaq.
İstanbul klubu icarəyə görə 2 milyon avro ödəyəcək. Rəhbərlik birdəfəlik transfer üçün 13 milyon avro ödəməli olacaq.
Ötən mövsüm Amrabat “Mançester Yunayted”də icarə əsasında çıxış edib. “Qırmızı şeytanlar” futbolçunu almayıb.