19 Sentyabr 2024
Dünya futbolu

Mərakeşli hücumçu “Fənərbağça”da

Türkiyənin “Fənərbağça” klubu Yussef En-Neserini transfer edib.

İdmanxeber.az-ın məlumatına görə, oyunçu İstanbul klubu üçün yaxın vaxtda tibbi baxışdan keçəcək.

27 yaşlı hücumçu 2020-ci ildən “Sevilya”nın formasını geyinib. Mərakeş yığmasında 67 oyun keçirən futbolçu 20 qolla yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43