Kateqoriyasız

Qalmaqal: “Sabah”ın futbolçusu hakimi vurmaq istədi

Premyer Liqanın VIII turunun “Keşlə” – “Sabah” matçından sonra ara qarışıb.

İdmanxeber.az-ın məlumatına görə, matçdan sonra qonaq komandanın futbolçusu Təmkin Xəlilzadə baş hakim Kamal Umudlunun üstünə hücum çəkib. O, hakimi vurmaq istəsə də, komanda yoldaşları və polislər buna imkan verməyib.

Hakimlər briqadası polislərin nəzarəti altında paltardəyişmə otağına yollanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43