21 Sentyabr 2024
Ölkə futbolu

Mərdəkanda son dəqiqə qolunun ardından dava düşdü – VİDEO

Premyer Liqanın IV turu çərçivəsində baş tutan “Araz Naxçıvan” – “Neftçi” görüşü (1:1) sonrası dava düşüb.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar”ın qapıçısı Rza Cəfərovla Naxçıvan klubunun köməkçi məşqçisi arasında insident yaranıb. Belə ki, “Neftçi”nin qolkiperinin son dəqiqədə vurulan bərbarlik qoluna sevinməsi rəqibi narahat edib.

Bunun ardından tərəflər arasında dava düşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43