20 Sentyabr 2024
Ölkə futbolu

Mərdəkanda ürəkdağlayan mənzərə: Atası onun qeyri-dəqiqliyinə gözyaşı axıtdı

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda “Zirə” penaltilər seriyasında (4:5) “Şerif”ə məğlub olub və turnirdə mubarizəni dayandırıb.

İdmanxeber.az-ın məlumatına görə, penaltilər seriyasında “Zirə”nın üzvü Fuad Bayramov qeyri-dəqiq oynamaqla komandasının mərhələ adlamasına mane olub. Bu məqam oyunu stadiondan canlı izləyən Bayramovun atasının böyük məyusluğuna səbəb oldu. O, oğlunun penaltini düzgün yerinə yetirə bilməməsinin ardından göz yaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, “Zirə” yoluna Konfrans Liqasında davam edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43