Dünya futbolu

Məşhur futbolçu ən dəyərli hədiyyəsini niyə satışa çıxarır?

Türkiyə millisinin və “Atalanta”nın futbolçusu Merih Demiral Ronaldonun ona hədiyyə etdiyi formanı hərracda satmaq qərarına gəlib.

İdmanxeber.az-ın məlumatina görə, təcrübəli müdafiəçi ölkəsində baş verən zəlzələdən əziyyət çəkən vətəndaşlara dəstək olmaq üçün bu addımı atacaq.

O, Ronaldonun formasını hərrac formasında satışa çıxaracaq və əldə olunan gəlir dəstək kampaniyalarına bağışlanacaq.

Xəyal Hüseynov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43