Hələ də qərarını açıqlamayan millimizin üzvü Emin Mahmudov Türkiyədən rəsmi təklif alıb.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu Super Liqaya çıxmağı hədəfləyən “Eyüpspor”un maraq dairəsindədi. Bu barədə jurnalist Nazım Türknas məlumat yayıb.
31 yaşlı futbolçuya rəsmi təklif göndərən “Eyüpspor” millimizin futbolçusundan gələn cavabı gözləyir.
Qeyd edək ki, “Eyüpspor”u Arda Turan çalışdırır.