19 Noyabr 2024
Ölkə futbolu

Məsiyev Millətlər Liqası oyununda 3 sarı vərəqə verdi

Azərbaycanlı hakim Elçin Məsiyev Millətlər Liqası çərçivəsində Lüksemburq – Şimali İrlandiya yığmaları arasında keçirilən oyununu idarə edib.

İdmanxeber.az-ın məlumatına görə, 4 qolun qeydə alındığı matçda (2:2) Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov köməklik ediblər.

Dördüncü hakim Fərid Hacıyev köməklik ediblər.Bu matçda Məsiyev futbolçulara ümumilikdə üç sarı vərəqə göstərib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43