08 Oktyabr 2024
Ölkə futbolu

Məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək

Oktyabrın 14-15-də AFFA tərəfindən Bakıda UEFA-nın “B” və “C” kateqoriyalı məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat verib.

Kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
 
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3×4)
5. Lisenziya və diplomun surəti
 
Kursda iştirak üçün ödənişin məbləği:
– “C” lisenziya üçün 100 manat
– “B” lisenziya üçün 300 manat
 
Ödəniş nağd və ya köçürmə yolu ilə aparıla bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43