“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi – “Ferentsvaroş”un baş məşqçisi Stanislav Çerçesov “Slovan” üzərində qələbəni dəyərləndirib.
İdmanxeber.az-ın məlumatına görə, o, “Qarabağ”la bağlı verilən sualı belə cavablandırıb:
“Məşqçilərimizdən birini “Sürix” – “Qarabağ” oyununa göndərmişdim. O, bizə rəqibi yaxşı təhlil etməyə kömək edəcək. İndi biz ÇL-in növbəti oyunu haqda deyil, daxili çempionatın ilk turu haqda düşünürük. İlk oyunumuzda qələbə qazanmaq istəyirik”