Kateqoriyasız

“Məsuliyyətli işin altına girdiyimi anlayıram” – Rəşad Sadıqov

“Zirə”nin yeni baş məşqçisi Rəşad Sadıqov təyinatı ilə bağlı danışıb.

İdmanxeber.az-ın məlumatına görə, o, klubun mətbuat xidmətinə qısa açıqlamasında bunları deyib:

“Məsuliyyətli işin altına girdiyimi anlayıram. Mənə göstərilən etimada görə “Zirə” rəhbərliyinə təşəkkür edirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”.

Qeyd edək ki, R.Sadıqov “Zirə” ilə 3 illik müqavilə bağlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43