Kateqoriyasız

Macar azarkeşlər Bakıya gəlir – “Qarabağ”la oyun üçün

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Ferentsvaroş” Bakıda dəstəksiz qalmayacaq.

İdmanxeber.az Macarıstan mətbuatına istinadən xəbər verir ki, Budapeşt təmsilçisini paytaxtımızda 100-dən çox azarkeş dəstəkləyəcək.

“Qarabağ” “Ferenstvaroş”a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43