Kateqoriyasız

Macarıstan – Azərbaycan: açıq məşq və mətbuat konfransları

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Macarıstan – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, bu gün baş tutacaq tədbirlər aşağıda qeyd olunan məkanlarda və vaxtda keçiriləcək.

12 oktyabr
Macarıstan milli komandası

Saat 15:30. Mətbuat konfransı, “Qloball Hotel”
Saat 16:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq, “Qloball Hotel”in məşq meydançası.

Azərbaycan milli komandası
Saat 18:00. Mətbuat konfransı, “Qroupama Arena”
Saat 18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq, “Qroupama Arena”

Hər iki mətbuat konfransı və məşqin saatı yerli vaxtla göstərilib.

Oktyabrın 13-ü Budapeşt şəhərindəki “Qroupama Arena”da keçiriləcək Macarıstan – Azərbaycan matçına saat 20:00-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43