“Qarabağ”ın futbolçusu Julio Romao komandanı tərk edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Ferentsvaroş” klubu oyunçunun xidmətində maraqlıdı. Ötən mövsüm də Macarıstan təmsilçisi futbolçunu transfer etmək istəyirdi.
“Ferentsvaroş” yenidən Romaonu heyətində görmək istəyir. Futbolçunun “Qarabağ”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.