UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sumqayıt”ın rəqibi olan Macarıstanın “Fehervar” kollektivinin oyunöncəsi mətbuat konfransı və açıq məşqi ləğv edilib.
Bu barədə “Sumqayıt”ın yaydığı açıqlamada bildirilib. Buna komandanın Bakıya uçuşunun gecikməsi səbəb olıub.
“Sumqayıt” FK-nın baş məşqçisinin mətbuat konfransı və oyunöncəsi məşqi isə öncədən qeyd olunmuş vaxtda keçiriləcək.
Xatırldaq ki, “Sumqayıt” – “Fehervar” görüşü iyulun 25-i, saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Cavab matçı isə iyulun 31-də Macarıstanda olacaq.