Madridin “Atletiko” klubu daha bir türk futbolçunu heyətinə qatmağı planlaşdırır.
İdmanxeber.com-un məlumatına görə, Madrid təmsilçisi bu dəfə gözünü “Beşiktaş”lı Gökhan Töreyə dikib.
İspaniya nəhənginin rəsmiləri “qara qartal”ın aparıcı üzvünü iş başında görmək üçün “Beşiktaş”ın Avroliqanın 1/8 finalında “Liverpul”la matçını gözləyirlər. Bundan sonra “qırmızı-ağlar” Türkiyə təmsilçisinə 15 milyon avroluq təklif göndərməyi planlaşdırır.