Madrid “Atletiko”su “Çelsi”nin yarımmüdafiəçisi Konor Qallagerlə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, klublar arasında danışıqlar davam edir. 24 yaşlı ingilis üçün transfer məbləği 35-40 milyon avro ola bilər.
Qallager londonluların heyətində 95 oyun keçirib, on qol vurub və on məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı yarımmüdafiəçinin bazar dəyərini 50 milyon avro qiymətləndirir. Onun klubla müqaviləsi 2024/25 mövsümünün sonunda başa çatır.