“Atletiko” növbəti transferini rəsmiləşdirib.
İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu “Portu”da çıxış edən Hektor Herreranı rənglərinə bağlayıb. 29 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Meksika millisinin üzvü “Atletiko”ya azad agent kimi keçib. O, ötən mövsüm “Portu”nun heyətində 53 oyuna 9 qol vurub.