Millimizin futbolçusu Mahir Emreli “Dinamo”nun “Spartak Trnava”ya qarşı keçirdiyi yoxlama matçında fərqlənib.
İdmanxeber.az-ın məlumatına görə, bu gün 25 yaşını qeyd edən hücumçu 88-ci dəqiqədə komandasını məğlubiyyətdən xilas edən qola imza atıb.
Görüş heç-heçə başa çatıb – 3:3.
Oyunun videoyazısını sizə təqdim edirik: