05 Avqust 2021
Kateqoriyasız

Mahir Emreli: “2025-ci ildə özümü harda görürəm? 5 böyük klubdan birində”

“Legiya”nın futbolçusu Mahir Emreli klubun “instagram” hesabında canlı yayım vasitəsilə azarkeşlərin suallarını cavablandırıb.

Azərbaycan millisinin hücumçusu sual-cavab zamanı “Legiya”nı seçmə səbəbindən və gələcək hədəflərindən də danışıb:

“Ən sevdiyim 5 klub? İlk növbədə “Qalatasaray”. Çünki ilk dəfə bu komandanın oyunlarını izləmişəm. Oyun tərzinə görə “Barselona”nı, “Mançester Siti”ni, “Bavariya”nı və PSJ-ni xoşlayıram. Ən sevdiyim çempionat La Liqadır, ancaq dürüst olmaq lazımdırsa, İngiltərə Premyer Liqasını da qeyd etməliyəm.

2025-ci ildə özümü harda görürəm? 5 böyük klubdan birində. Qarşıda nələr olacağını təxmin etmək olmur. Məqsədim inkişaf etmək və daha yaxşı olmaqdır.

“Legiya”nın marağını bir ay əvvəl öyrənmişdim. Açığı, çox təklif almışdım və qərar vermək çətin idi. Daha əvvəl ardıcıl 7 dəfə Azərbaycan çempionu olan “Qarabağ”da çıxış edirdim. Yenə də kuboklar üçün yarışan bir komandada olmaq istəyirdim. “Legiya” tarixi olan komandadır. Avrokuboklarda iştirak etmək mənim üçün vacib idi”.

Mahir “Legiya” ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalayıb. 24 yaşlı hücumçu yeni komandası ilə çıxdığı ilk yoxlama oyununda 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Neftçi” nigeriyalı hücumçu transfer edir

admin

APOEL-də gərginlik: Baş məşqçi istefa verdi

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin