Almaniya 2-ci Bundesliqasında 19-cu turunda Mahir Emrelinin klubu “Nürnberq” bu gün səfərdə “Şalke 04”ün qonağı olacaq.
İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin hücumçusu bu görüşdə çıxış etməyəcək. Buna səbəb onun cəzalı olmasıdı. O, “Karlsrue” ilə matçda cari mövsüm 5-ci sarı vərəqəni alıb. Oyun saat 16:00-da start götürəcək.
Emreli bu mövsüm “Nürnberq”lə bütün turnirlərdə 14 oyunda meydana çıxıb, 4 qol vurub və 1 qol ötürməsi edib.