Xorvatiyanın “Dinamo” klubunun azərbaycanlı hücumçusu Mahir Emreli evdə “Sibenik”ə 3:0 hesabı ilə qalib gəldikləri 26-cı turun oyunundan sonra klubun rəsmi saytına açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, Zaqreb təmsilçisinin üzvü bunları deyib:
“Belə bir oyunda start heyətində meydana çıxmaq inanılmaz hissdir. Bu, həm klub, həm də azarkeşlər üçün xüsusi oyun idi”.
İlk dəfə “Dinamo”da start heyətində meydana çıxan Mahir 60-cı dəqiqədə əvəzlənib.