Kateqoriyasız

Mahir Emreli: “Bu inanılmaz bir hissdir”

Xorvatiyanın “Dinamo” klubunun azərbaycanlı hücumçusu Mahir Emreli evdə “Sibenik”ə 3:0 hesabı ilə qalib gəldikləri 26-cı turun oyunundan sonra klubun rəsmi saytına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, Zaqreb təmsilçisinin üzvü bunları deyib:

“Belə bir oyunda start heyətində meydana çıxmaq inanılmaz hissdir. Bu, həm klub, həm də azarkeşlər üçün xüsusi oyun idi”.

İlk dəfə “Dinamo”da start heyətində meydana çıxan Mahir 60-cı dəqiqədə əvəzlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43