Almaniyanın “Nürnberq” klubunda çıxış edən Mahir Emreli “Herta”ya qarşı görüşdə (0:1) komandasında ilk matçına çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü oyunun ardından sosial şəbəkə hesabından debütü barədə paylaşım edib:
“Uzun müddət sonra yaşıl meydanlara qayıtdığım üçün xoşbəxtəm. Təəssüf ki, nəticə gözlədiyimiz kimi olmadı. Çox məyusuq və üzr istəyirik. Diqqətimiz artıq növbəti oyundadır”.