04 Dekabr 2024
Dünya futbolu

Mahir Emreli derbidə oynamayacaq

“Dinamo”da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiya çempionatında 19-cu tur oyununu buraxacaq.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, hücumçu “Hayduk”a qarşı derbi matçında meydana çıxa bilməyəcək. Mütəxəssis Emrelinin dizində ağrılar hiss etdiyini vurğulayıb.

Qeyd edək ki, dekabrın 17-də keçiriləcək “Dinamo” – “Hayduk” görüşü Bakı vaxtı ilə saat 20:15-də başlayacaq. “Hayduk” 18 oyundan 40 xalla 1-ci, “Dinamo” 16 oyundan 33 xalla 2-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43