“Sevilya” ilə oyunda Mahir Emrelinin mübariz formada olmadığı göründü. Onun gəlişi də gecikdi”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Dinamo”nun (Zaqreb, Xorvatiya) baş məşqçisi Jelko Kopiç futbolçumuz haqqında danışarkən deyib.
45 yaşlı mütəxəssis evdə “Sevilya”ya qarşı keçirəcəkləri Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında azərbaycanlı hücumçunun uzun müddət məşq etmədiyini və komandaya gec qoşulduğunu xatırladıb:
“Hücumçunu yavaş-yavaş mümkün olan ən yaxşı vəziyyətə gətirəcəyik. İnanırıq ki, tezliklə bizə meydanda nə isə qazandırmağı bacaracaq”.
Qeyd edək ki, fevralın 24-də keçiriləcək “Dinamo” – “Sevilya” matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Komandalar arasındakı ilk görüşdə Zaqreb təmsilçisi 1:3 hesabı ilə uduzub.