Almaniya 2-ci Bundesliqasında 20-ci turun görüşləri keçirilir.
İdmanxeber.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” doğma meydanda “Darmştadt”ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Mahir Emreli də bu matçın iştirakçısı olub. 27 yaşlı forvard oyuna start heyətində başlayıb və 90+3-cü dəqiqədə əvəzlənib. Azərbaycanlı futbolçu 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, 20 turdan sonra aktivsində 28 xal olan “Nürnberq” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.