21 Oktyabr 2024
Ölkə futbolu

Mahir Emreli: “Karyeramda vurduğum ən gözəl qollardan biridir”

“Biz bir həftə ərzində taktiki və psixoloji olaraq bu oyuna hazırlaşırdıq. Çox şadam ki, qələbə qazana bildik. Qapıçımız Yan Rayxterə görə də sevinirəm. O, bir sıra matçlarda bizi xilas etdi İndi biz qələbəni bayram edə bilərik, amma sabahdan növbəti görüşə hazırlaşmalıyıq.”

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Almaniyanın “Nürnberq” klubunda çıxış edən Mahir Emreli “Qroyter”ə qarşı keçirilən derbi oyunundan (4:0) sonra deyib. Oyunun 13-cü dəqiqəsində gözəl qola imza atan futbolçu daha sonra belə davam edib:

“Qol vurmaq xoşuma gəlir. Yəqin ki, karyeramda vurduğum ən gözəl qollardan biridir. Ancaq ən vacibi derbidə qazandığımız qələbədir. Belə matçlar xoşuma gəlir. Mən bir sıra derbidə oynamışam, həmişə emosiyalar olur. Bu oyunlar bir qədər fərqlidir. Azarkeşlərə qələbə bəxş etmək sözlə ifadə edilməyəcək hissdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43