Kateqoriyasız

Mahir Emreli “Legiya”da qollarını sıralayır – bu dəfə dubl etdi

Millimizin üzvü Mahir Emrelinin formasını geyindiyi Polşanın “Legiya” klubu yoxlama oyunu keçirib.


Varşava təmsilçisi “Yagelloniya” ilə qarşılaşıb. Görüş “Legiya”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda hər iki qolu Mahir Emreli vurub.

Bu yay “Legiya”ya keçən Mahir 4 yoxlama oyununda 6 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43