Kateqoriyasız

Mahir Emreli “Legiya”dan gedir? – SƏBƏB VAR

Polşa çempionatının 18-ci turunda Plotsk “Visla”sına 0:1 hesabı ilə uduzduqları matçdan sonra azarkeşlərin hücumuna məruz qalan “Legiya”nın futbolçusu Mahir Emreli klubdn ayrlmaq qərarına gəlib.

İdmanxeber.az-ın məlumatına görə, Mahir hadisədən dərhal sonra vəkilləri ilə əlaqə saxlayıb. Onun müqaviləni ləğv etmək variantını ciddi şəkildə düşündüyü bildirilir.

Qeyd edək ki, tibbi müayinədən keçmək üçün xəstəxanaya yollanan Emreliyə həkimlər 2 günlük istirahət tövsiyə edib. Buna görə onun “Zaqlembe” ilə matçda iştirakı gözlənilmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43