Kateqoriyasız

Mahir Emreli oynadı, “Dinamo” xal itirdi

Millimizin futbolçu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” Xorvatiya çempionatında növbəti matçına çıxıb.

İdmanxeber.az xəbər verir ki, Zaqreb təmsilçisi IV tur çərçivəsində səfərdə “Varazdin”lə qarşılaşıb. Görüş qollu bərabərliklə başa çatıb – 1:1.

Mahir də bu görüşün iştirakçısı olub. 25 yaşlı forvard 46-cı dəqiqədə meydana daxil olub və sona qədər oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43