Polşa çempionatında yeni mövsüm start götürüb.
İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü Mahir Emrelinin formasını geyindiyi “Legiya” 2021/22 mövsümündə daxili liqadakı ilk matçını bu gün keçirəcək. Varşava təmsilçisi Anton Krivotsyukun da formasını geyindiyi “Visla”nı (Plotsk) qəbul edəcək.
Oyun Bakı vaxtı ilə saat 22.00-da başlanacaq.