Kateqoriyasız

Mahir Emreli Superliqa klubu ilə razılaşdı

Polşanın “Legiya” klubunda çıxış edən azərbaycanlı hücumçu Mahir Emreli karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

İdmanxeber.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, 24 yaşlı futbolçunun “Başakşəhər” klubu ilə razılaşdığı bildirilib.

Mahir “Legiya” ilə hüquq çərçivəsində yollarını ayırdıqdan sonra “Başakşəhər”lə rəsmi müqavilə imzalayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43