Kateqoriyasız

Mahir Emreli “Trabzonspor”un futbolçusundan nə xahiş etdi? – FOTO

Ötən gün millimizin Şimali Makedoniya ilə matçndan sonra Mahir Emreli “Trabzonspor”un üzvü Enis Bardidən Türkiyə təmsilçisinin formasını hədiyyə alıb.

İdmanxeber.az-ın məlumatına görə, Mahir matçdan öncə “Dinamo”dakı komanda yoldaşı Stefan Ristovski vasitəsi ilə Enis Bardidən ona “Trabzonspor” forması gətirməsini xahiş edib və makedoniyalı futbolçu da onun bu istəyinə “yox” deməyib. 

Qeyd edək ki, millimiz Ş.Makedoniyanı 3:1 hesabı ilə məğlub edib. Mahir görüşün ikinci hissəsində meydana daxil olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43