Millimizin futbolçusu Mahir Emrelinin zədələnməsi “Dinamo”dan mümkün ayrılışını təxirə salınıb.
İdmanxeber.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Zaqreb təmsilçisi 26 yaşlı futbolçunu satmaq niyyətindədir. Lakin Emrelinin zədələnməsi planları pozub. Onun 6-8 həftə meydanlardan uzaq qalacağı bildirilir.
Bu da onunla maraqlanan Türkiyə və Kipr klublarını fikrindən daşındırıb. Çünki yığmamızın üzvü ən yaxşı halda martda yaşıl meydanlara dönə biləcək.
Mahir Emreli 2026-cı ilin yayına qədər müqavilə ilə “Dinamo”ya məxsusdur.