Azərbaycan millisinin hücumçusu Mahir Emreli zədəsini sağaldıb.
İdmanxeber.az-ın məlumatına görə, “Dinamo”nun forvardı artıq komanda ilə məşqlərə başlayıb. Onun baş məşqçi Ante Çaçiçinin şans verəcəyi təqdirdə, iyulun 23-də “Slaven”lə səfər qarşılaşmasında meydanda ola biləcəyi vurğulanıb.
Qeyd edək ki, “Slaven” – “Dinamo” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.