30 Noyabr 2021
Kateqoriyasız

“Mahir Emrelini mühakimə etmək çətindir”

“Legiya”nın sabiq futbolçusu Stanko Svitlitsa komandanın cari mövsüm Ekstraklasadakı uğursuz çıxışı və yeni transferləri barədə Polşa mətbuatına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, o, Mahir Emrelinin çıxışına da toxunub:

“Komandanın oyununda sabitlik çatmır. Bundan başqa, heyətə cəlb olunan futbolçular nəyisə dəyişə bilmirlər.

Emreli pis futbolçu deyil. Avrokubokların təsnifat mərhələsində, həmçinin Avropa Liqasının qrupunda İngiltərə “Lester”inə qol vurub. Ona görə də bu futbolçunu mühakimə etmək çətindir”.

 

“Legiya” Polşa çempionatında 9 xalla 18 komanda arasında 17-ci sırada qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Neftçi” “Makkabi”ni məğlub edə bilmədi

admin

“Neftçi”nin ilk rəqibi müəyyənləşdi

admin

Samir Abasovdan müəmmalı qərar: İki oyun qol vurdu, bir aydan çoxdu oynamır

admin