Milli komandamızın üzvü Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu baş məşqçisi Jelko Kopiçlə yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, 45 yaşlı mütəxəssis bu barədə Zaqreb təmsilçisinin rəsmi saytına açıqlamasında bildirib.
Kopiç rəhbərliyə, oyunçulara və klubun bütün işçilərinə təşəkkür edib.
Qeyd edək ki. Jelko Kopiçl 2021-ci ilin dekabrından komandanın baş məşqçisidir.